Suriya Ordusunun müxalifətin nəzarətində olan Dəməşqin Duma rayonuna hava hücumu nəticəsində 10 nəfər dinc sakin həyatını itirib.Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərdə bildirildiyinə görə, Dumadakı könüllü birləşmələri Suriya Ordusunun hərbi təyyarəsinin hücumu nəticəsində 10 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı barədə xəbər verib. Aviazərbələrin ardından çıxan yanğını könüllü dəstələri və yanğınsöndürənlərin söndürdüyü xəbər verilir. Xəbərdə o da bildirilir ki, aviazərbələr nəticəsində binalar ciddi ziyan çəkib. Hazırda yerli sakinlər dağıntılar altından ölən və yaralananların çıxarılması ilə məşğuldur.