Rusiya nın sərnişin təyyarəsinin Sinay yarımadası üzərində vurulmasından iki ay əvvəl Britaniya təyyarəsinin 189 sərnişini ilə belə bir tale yaşamaqdan son anda qurtulduğu bəlli olub. Baki-xeber.com-un gazeta.ru-y istinadən xəbərinə görə, bu barədə The Daily Mail xəbər yayıb.
Nəşrin xəbərinə görə, insident 23 avqust tarixində baş verib. Xəbərə görə, Thomson aviakompaniyasına məxsus təyyarə Londondan uçurmuş. Eniş anında laynerin ekipajı təyyarəyə doğru uçan raketi görür. Birinci pilot dərhal təyyarəni sola doğru istiqamətləndirməyə nail olur, nəticədə paket laynerə dəyməyib cəmi 300 metrliyindən ötür... "Ekipaja deyiblər ki, raket Misirdə keçirilən təlimlər zamanı atılıb” –deyə mənbə bildirib. Onun sözlərinə görə, baş verənlərdən ekipaj dəhşət içində olub, lakin sərnişinlərə heç bir şey bəlli edilməyib.
Xatırladaq ki, 31 oktyabrda Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan sərnişin təyyarəsi Sinay yarımadası üzərində vurulub, nəticədə 217 sərnişin, 7 heyət üzvü həlak oliub.