İraqda yayılan infeksiya nəticəsində 2000 nəfər xolera adlı qorxulu xəstəliyə yoluxub. Baki-xeber.com-un gazeta.ru saytından aldığı xəbərə görə, bu barədə BMT Baş katibinin təmsilçisi Stefan Dujarrik bəyan edib.
"BMT Uşaq Fondu bəyan edir ki, İraqda 2000 nəfərin xoleraya yoluxmasının ardından insanları bu təhlükəli virusdan qorumaq üçün ciddi tədbirlər görülür. Son məlumatlara görə, yoluxanların 20 faizi uşaqlardır. Agentlik son günlər yağışın yağması ilə, təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən, xəstəliyin artması ehtimalından ciddi narahatdır” – deyə Dujarrık bəyan edib.
Qeyd edək ki, su hövzələri xəstəliyin əsas yayılma mənbəyidir.
Məlumatda o da bildirilir ki, xəstələrin əksəriyyəti Bağdad və Babil ətrafında qeydə alınıb.