Cümə axşamı günü, 05 noyabr 2026
     

İlham Əliyev Gürcüstan azərbaycanlıları üçün bu ölkədə yeni proseslərin açılmasına baza yaratdı

Image


Marneuli görüşündə Marqvelaşvilinin Gürcüstan azərbaycanlıları barədə dediklərinin nəticələri uzun illər özünü göstərəcək

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili də iştirak edib. Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb.
O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini deyib: "Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Dünən Bəyannamə imzaladıq və bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb. Bu gün mən Marneuliyə gəlmişəm. Əminəm ki, bizim Gürcüstanda fəaliyyətimiz əlaqələrin inkişafında mühüm rol oynayacaq. Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər, bizim əməkdaşlığımızı daha da möhkəmləndirir".
G.Marqvelaşvili isə azərbaycanlıların Gürcüstan dövlətçiliyinin inkişafına böyük töhfə verdiyini deyib: "Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu və qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük sərmayə qoyub. Bunu qiymətləndirməmək olmaz. Bu, Azərbaycanın qardaş ölkə kimi Gürcüstana göstərdiyi qayğıdır".
Görüşdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Dəmyə-Görarxı kənd icra nümayəndəsi Heydər Musayev və başqaları çıxış edərək həyata keçirilən işlərdən və azərbaycanlıların problemlərindən söz açıblar.
"Dünən Gürcüstanda apardığım danışıqlar da göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir" - deyə Prezident İlham Əliyev bildirib. O deyib ki, Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük tarixi var: "Bu gün Gürcüstan və Azərbaycan qardaş ölkə kimi regionda böyük layihələr icra edir və bundan sonra da bu layihələri həyata keçirmək üçün əlimizdən gələni edəcəyik".
Dövlət başçısı qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan çoxmillətli, çoxkonfensiyalı ölkələrdir: "Bizim ölkələrimizdə xalqlar sülh və əminamanlıq şəraitində yaşayır. Bu bizim böyük uğurumuz və nailiyyətimizdir. Biz çox istəyirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər ölkələrinin ictimai-siyasi həyatında mühüm rol oynasınlar və öz ölkələrinin dəyərli vətəndaşları kimi inkişafa töhfə versinlər, eyni zamanda öz tarixi köklərini unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar, onların iş yerləri ilə təmin edilməsi üçün daha ciddi addımlar atılsın, onlar özlərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi ölkənin ümumi inkişafına öz töhfələrini versinlər. Gürcüstanda yaşayan azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə dəstək veriblər və yaxşı vətəndaş olublar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşamısınız. Bu gün xalqlarımızı birləşdirən tarixi əlaqələr, çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda bugünkü Gürcüstan-Azərbaycan əlaqələri, əlbəttə, sizin də həyatınıza müsbət təsirini göstərir".
Prezident Marneuli Gənclər Mərkəzində və Çay Evində həyata keçirilən layihələri, gürcü dilinin öyrənilməsini müsbət dəyərləndirib: "Siz bu dili bilməklə Gürcüstanın dövlətçiliyinə töhfə verirsiniz".
Azərbaycan Prezidenti Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini bu ölkədə yaşayan azərbaycanlılar üçün yaxşı şərait yaratmağa çağırıb: "Onlar Gürcüstana investisiya qoymağa davam etməlidir, yeni iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, siz yaxşı yaşayasınız və həm Azərbaycanı, həm də Gürcüstanı sevəsiniz".
"Mən çox sevinirəm ki, hörmətli Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə azərbaycanlı vətəndaşlarımızla görüşə gəlmişik. Azərbaycanlılar Gürcüstan dövlətçiliyini yaradanlardan biridir və biz dostluğumuzu daha da möhkəmləndiririk". Bu sözləri isə görüşdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə mühüm layihələr həyata keçirilir. Dövlət başçısı gürcü dilinin azərbaycanlılar tərəfindən öyrənilməsinə sevindiyini söyləyib: "Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiyaya can atırlar. Sizin istedadınız bizə lazımdır. Bu istək və tələbat həmişə hiss olunur və biz sizə həmişə dəstək olacağıq".
G.Marqvelaşvili bəyan edib ki, Gürcüstan öz azərbaycanlıları ilə güclüdür: "Gürcüstanda dövlət dilini öyrənməyiniz həm də sizin mədəniyyətinizin, ana dilinizin inkişafı deməkdir. Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız".
Prezident azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatı və infrastruktur sahələrinin getdikcə inkişaf etdiyini vurğulayıb: "Mən Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə kənd təsərrüfatının, infrastrukturun getdikcə inkişaf etdiyini görürəm. İndi Gürcüstanın Ümumi Daxili Məhsulunun 9 faizini azərbaycanlılar verir. Bizə yeni imkanlar lazımdır ki, Avropa bazarına daxil olaq. Gürcüstanda bunun üçün potensial var. Ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni və Avropa standartlarına uyğun standartların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu regionda iqtisadiyyatın inkişaf etdirilməsi və turizmin inkişafı vacibdir. Marneulidə və regionun digər bölgələrində yeni inkişaf perspektivləri işlənilməlidir. Bölgədə yeni layihələr həyata keçirilməlidir. Yüklərin daşınması, enerji və logistik layihələr Gürcüstan üçün səmərəli və faydalıdır".
Prezident İlham Əliyev bildirib ki, Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Prezident həm təhlükəsizlik, həm də inkişaf baxımından hər iki ölkənin bir-birinə bağlı olduğunu bildirib: "Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Gürcüstanın da sürətli inkişafı Azərbaycanın güclü inkişafına bağlıdır. Biz yaxın dost və tərəfdaşıq, birgə layihələr icra edirik. Dünən razılığa gəldik ki, həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparaq. Belə olan halda, ölkələrimiz arasında yük daşımalarının həcmi bir neçə dəfə artacaq. Bu dəhliz bu bölgədən keçir və əlbəttə, burada yaşayan hər bir insan bundan faydalanacaq".
"Mən keçən dəfə Marneulidə olanda tapşırıqlar verdim ki, mövcud problemlər tezliklə həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapıb. Əlbəttə ki, 2004-cü ildə Azərbaycanın imkanları bugünkü kimi deyildi, bizim o qədər də maliyyə imkanlarımız yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada yaşayan azərbaycanlılar da Azərbaycanın inkişafından bəhrələnsinlər" - deyə İlham Əliyev bildirib.
Gələcəkdə daha böyük işlərin görülməli olduğunu deyən dövlət başçısı qeyd edib ki, ilk növbədə infrastruktur layihələri həyata keçirilməlidir.
"Əhalinin qaz və içməli su təminatı təmin edilməlidir, kənd yolları abadlaşdırılmalıdır. Bildiyiniz kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nəinki azərbaycanlıların yaşadığı bölgələrdə, ümumiyyətlə Gürcüstanın müxtəlif yerlərində son illərdə böyük qazlaşdırma proqramı icra edir və böyük vəsait qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə yüksək sürətlə aparılsın. Keçən dəfə mən burada olanda SOCAR-ın burada bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yox idi. Bu gün isə mənə verilən məlumata görə, 100-dən çox yanacaqdoldurma məntəqəsi var. SOCAR Gürcüstanın Qara dəniz limanında böyük terminal əldə edib və buraya böyük investisiya yatırıb. Enerji layihələri, elektrik xətlərinin birləşməsi, Cənub Qaz Dəhlizinin inkişafı - bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq".
Prezident İ.Əliyev təhsillə bağlı məsələlərin xüsusi əhəmiyyət daşıdığını da bildirib: "Mən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi qalmasın. Düzdür, Azərbaycanda da hələ təmirsiz və qəzalı vəziyyətdə olan məktəblər var. Son 10 ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib və təmir edilib. Nəzərə alsaq ki, Azərbaycanda 5 minə yaxın məktəblər var, görərsiniz ki, nə qədər böyük işlər görülüb. Amma bizdə də, sizdə də bu problemlər var və biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın.
Hesab edirəm ki, SOCAR bu problemlərin həllində əsas investor rolunda çıxış edəcək. Ümumiyyətlə, bu şirkətin həm Azərbaycanda, həm də işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti var. SOCAR bu ölkələrdə məktəb, uşaq bağçası, infrastruktur layihələrin icrası ilə məşğuldur. Gürcüstanda ilk növbədə bu işlər görülməlidir, çünki burada azərbaycanlılar yaşayır. Gürcüstanda yaşayan azərbaycanlılar haqqında daim düşünürəm, onlar mənim üçün əziz və doğmadır. Ən böyük arzum odur ki, onlar bu torpaqda daim rahat və firavan yaşasınlar".
Dövlət başçısı yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu işlər Gürcüstan dövlətinin iştirakı ilə görülməlidir.
Xəbər xidməti
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:38
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ