Avropa Şurası Parlament Assambleyasının siyası məsələlər üzrə Komitəsi Ermənistanı öz qoşunlarını işğal etdiyi Daqlıq Qarabağ ərazisindən geri çəkməyə çağırıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Komitənin qəbul etdiyi Rezolyusiyada "erməni hərbçilərinin və qeyri-leqal qruplaşmaların Dağlıq Qarabağətrafı ərazilərdən geri çəkilməsi təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü ATƏT-in Minsk Qrupu çərçivəsində tanınsın” çağırışları yer alır. Sənəd müəllifləri həmçinin təklif edirlər ki, Dağlıq Qarabağın muxtariyyət rəhbərliyinin təhlükəsizliyi, Naxçıvana dəhliz aşılması, həmçinin Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin açılmasını nəzərdə tutan aralıq statusun müzakirə edilməsi üçün Minsk Qrupu ilə görüş keçirilsin. "Problemin həllinin uzadılması iki AŞ üzvü ölkə arasında gərginliyin müharibə həddinə çatması ilə sonuclana bilər”- deyə sənəddə bildirilir. Bununla yanaşı, sənəddə Dağlıq Qarabağ probleminin digər beynəlxalq problemlərin kölgəsində qalmasından təəssüf ifadə olunur.
Rezolyusiya Azərbaycanı və Ermənistanı münaqişəni sülh yolu ilə çözməyə, güc tətbiqindən çəkinməyə çağırır. Eyni zamanda sənəd Dağlıq Qarabağ sərhədlərinin və qaçqınların öz yurdlarına dönüşünün təhlükəsizliyinin təmin olunması məqsədilə regiona ATƏT sülhməramlılarının yerləşdirilməsini tövsiyə edir.
Qeyd edək ki, AŞPA-nın siyasi məsələlər üzrə Komitəsinin Rezolyusiyası və ondan irəli gələn qanun layihəsi 2016-cı ilin yanvarında Strasburqda AŞPA-nın iclasında səsverməyə çıxarılacaq.