Əsəd qüvvələri türkmən kəndləri Bayırbucaq və Lazkiyəni ələ keçirmək üçün yerüstü əməliyyata başlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Alınan xəbərə görə, Suriya ordusu səhər saatlarından müxalifətin nəzarətində olan Himam kəndi və onun ətrafını aviazərbələrə məruz qoyur. İntensiv bombardmanın ardından rejim qüvvələri regiona girməyə cəhd göstərib, lakin türkmən qüvvələri müqavimət göstərib. Nəticədə qarşıdurma yaranıb. Verilən məlumata görə, hər iki tərəfdən ölən və yaralananlar var. Rusiya ordusu isə havadan rejim ordusuna dəstəyini əsirgəmir.