Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın “Asan xidmət” modeli beynəlxalq müstəvidə...

Image


Noyabrın 2-dən 6-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının "Korrupsiyanın prevensiyası və əmlakin bərpası” mövzusunda 6-cı sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, BMT-yə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, antikorrupsiya qurumlarının, habelə bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, həmçinin Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları və ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulunın daxil olduğu nümayəndə heyəti təmsil edib.

Konfransın açılışında Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov çıxış edərək Rusiya Prezidenti Vladimir Putinin müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra BMT Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarliq Ofisinin rəhbəri Yuri Fedotov çıxış edərək konfransın qarşısında duran vəzifələr barədə bildirib.

Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konavalovun sədrliyi ilə keçirilən plenar iclasda K.Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, korrupsiyanin prevensiyası sahəsində ən uğurlu tədbirlərdən biri kimi "Asan xidmət” konsepsiyası barədə ətraflı məlumat verməklə son dövrlər sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da sağlamlaşdırılması məqsədilə görülmüş komleks və ardıcıl tədbirləri xüsusi vurğulayıb. O, çıxışında Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısı olduğunu diqqətə çatdıraraq tədbir iştirakçılarını Azərbaycanın Baş prokuroru Zakir Qaralovun hazırda Assambleyasına sədrlik etdiyi Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) fəaliyyətində yaxından iştirak etməyə dəvət edib.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən "Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın müsbət təcrübələri” adlı tədbir keçirilib. Nümayəndə heyətinin rəhbəri tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, o cümlədən məhkəmə-hüquq islahatları, ixtisaslaşmış antikorrupsiya qurumu - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, xüsusən də qaynar-xətt əlaqə mərkəzinin fəaliyyəti barədə təqdimat keçirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr söbəsinin müdir müavini Elçin Hüseynli korrupsiyanın qarşının alınması sahəsində ölkəmizdə həyata keçirilən və artıq Azərbaycan brendi statusu qazanmış "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videomaterial tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Yaponiya, Qazaxıstan, Kamboca və digər ölkələrin nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və "ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Plenar sessiya çərçivəsində Azərbaycan Respublikasının müəllifi olduğu "Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə səsverməyə çıxarılıb və Ermənistan nümayəndə heyətinin davamlı etirazlarına baxmayaraq qətnamə qəbul edilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində ən ali siyasi forum hesab edilən konfrans çərçivəsində Azərbaycanın müəllifliyi ilə belə bir qətnamənin qəbul edilməsi ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Həmin qətnamə Azərbaycanın "Asan xidmət” təcrübəsinin beynəlxalq müstəvidə təşviq edilməsində və bu təcrübənin Azərbaycan brendi kimi digər ölkələrlə mübadilə edilməsi istiqamətində müstəsna rolu olacaq. Belə ki, qətnamə BMT Katibliyinə sözügedən təcrübə mübadiləsinin aparılması üçün institusional çərçivə yaratmaq tapşırığı verir və üzv dövlətləri öz müsbət təcrübələrini bölüşməyə cağırır. Qətnamə, həmçinin bu yaxınlarda "Asan xidmət”in təltif edildiyi BMT-nin ictimai xidmətlər üzrə mükafatını müvafiq sahə üzrə ən yüksək və prestijli mükafat olaraq bir daha təsdiq edib.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası, Türkiyə, Belarus, Malayziya və digər ölkələrin nümayəndə heyətləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək səmərəli fikir mübadiləsi aparıb.

Tədbir zamanı konfrans iştirakçılarına Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri özündə əks etdirən jurnal, buklet və broşürlər paylanıb.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını ratifikasiya etmiş ölkələrin 6-cı illik konfransı zamanı korrupsiyaya qarşı mübarizənin ən mühüm və aktual aspektləri üzrə, o cümlədən korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, dövlət qurumları və özəl sahələr arasında səmərəli, işgüzar, şəffaf münasibətlərin qurulması, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılması və geri qaytarılması, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib və gələcəkdə BMT-nin Narkotiklər və Cinayətkarliq üzrə Ofisinin rolunun daha da artırılmasının vacibliyi vurğulanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:38
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ