Cümə günü, 19 iyun 2026
     

İlham Əliyev Gürcüstan azərbaycanlıları üçün bu ölkədə yeni proseslərin açılmasına baza yaratdı

Image


Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də iştirak edib.

Görüşdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb. O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini deyib: "Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Dünən Bəyannamə imzaladıq və bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb. Bu gün mən Marneuliyə gəlmişəm. Əminəm ki, bizim Gürcüstanda fəaliyyətimiz əlaqələrin inkişafında mühüm rol oynayacaq. Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər, bizim əməkdaşlığımızı daha da möhkəmləndirir”.

G. Marqvelaşvili isə azərbaycanlıların Gürcüstan dövlətçiliyinin inkişafına böyük töhfə verdiyini söyləyib: "Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu və qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük sərmayə qoyub. Bunu qiymətləndirməmək olmaz. Bu, Azərbaycanın qardaş ölkə kimi Gürcüstana göstərdiyi qayğıdır”.

Görüşdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Dəmyə-Görarxı kənd icra nümayəndəsi Heydər Musayev və başqaları çıxış edərək həyata keçirilən işlərdən və azərbaycanlıların problemlərindən söz açıblar.

"Dünən Gürcüstanda apardığım danışıqlar da göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir” – deyə Prezidenti İlham Əliyev bildirib. O bildirib ki, Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük tarixi var: "Bu gün Gürcüstan və Azərbaycan qardaş ölkə kimi regionda böyük layihələr icra edir və bundan sonra da bu layihələri həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Dövlət başçısı qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan çoxmillətli, çoxkonfensiyalı ölkələrdir: "Bizim ölkələrimizdə xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu, bizim böyük uğurumuz və nailiyyətimizdir. Biz çox istəyirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər ölkələrinin ictimai-siyasi həyatında mühüm rol oynasınlar və öz ölkələrinin dəyərli vətəndaşları kimi inkişafa töhfə versinlər, eyni zamanda öz tarixi köklərini unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar, onların iş yerləri ilə təmin edilməsi üçün daha ciddi addımlar atılsın, onlar özlərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi ölkənin ümumi inkişafına öz töhfələrini versinlər. Gürcüstanda yaşayan azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə dəstək veriblər və yaxşı vətəndaş olublar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşamısınız. Bu gün xalqlarımızı birləşdirən tarixi əlaqələr, çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə, sizin də həyatınıza müsbət təsirini göstərir”.

Prezident Marneuli Gənclər Mərkəzində və Çay Evində həyata keçirilən layihələri, gürcü dilinin öyrənilməsini müsbət dəyərləndirib: "Siz bu dili bilməklə Gürcüstanın dövlətçiliyinə töhfə verirsiniz”.

Azərbaycan prezidenti Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini bu ölkədə yaşayan azərbaycanlılar üçün yaxşı şərait yaratmağa çağırıb: "Onlar Gürcüstana investisiya qoymağa davam etməlidir, yeni iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, siz yaxşı yaşayasınız və həm Azərbaycanı, həm də Gürcüstanı sevəsiniz”.

"Mən çox sevinirəm ki, hörmətli Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə azərbaycanlı vətəndaşlarımızla görüşə gəlmişik. Azərbaycanlılar Gürcüstan dövlətçiliyini yaradanlardan biridir və biz dostluğumuzu daha da möhkəmləndiririk”. Bu sözləri isə Marneulidə azərbaycanlılarla görüşdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib. O bildirib ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə mühüm layihələr həyata keçirilir. Dövlət başçısı gürcü dilinin azərbaycanlılar tərəfindən öyrənilməsinə sevindiyini söyləyib: "Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiyaya can atırlar. Sizin istedadınız bizə lazımdır. Bu istək və tələbat həmişə hiss olunur və biz sizə həmişə dəstək olacağıq”.

G. Marqvelaşvili bəyan edib ki, Gürcüstan öz azərbaycanlıları ilə güclüdür: "Gürcüstanda dövlət dilini öyrənməyiniz həm də sizin mədəniyyətinizin, ana dilinizin inkişafı deməkdir. Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız”.

Prezident azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatı və infrastruktur sahələrinin getdikcə inkişaf etdiyini vurğulayıb: "Mən Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə kənd təsərrüfatının, infrastrukturun getdikcə inkişaf etdiyini görürəm. İndi Gürcüstanın Ümumi Daxili Məhsulunun 9 faizini azərbaycanlılar verir. Bizə yeni imkanlar lazımdır ki, Avropa bazarına daxil olaq. Gürcüstanda bunun üçün potensial var. Ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni və Avropa standartlarına uyğun standartların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu regionda iqtisadiyyatın inkişaf etdirilməsi və turizmin inkişafı vacibdir. Marneulidə və regionun digər bölgələrində yeni inkişaf perspektivləri işlənilməlidir. Bölgədə yeni layihələr həyata keçirilməlidir. Yüklərin daşınması, enerji və logistik layihələr Gürcüstan üçün səmərəli və faydalıdır”.

Prezident İlham Əliyev bildirib ki, Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Prezident həm təhlükəsizlik, həm də inkişaf baxımından hər iki ölkənin bir-birinə bağlı olduğunu bildirib: "Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Gürcüstanın da sürətli inkişafı Azərbaycanın güclü inkişafına bağlıdır. Biz yaxın dost və tərəfdaşıq, birgə layihələr icra edirik. Dünən razılığa gəldik ki, həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparaq. Belə olan halda, ölkələrimiz arasında yük daşımalarının həcmi bir neçə dəfə artacaq. Bu dəhliz bu bölgədən keçir və əlbəttə, burada yaşayan hər bir insan bundan faydalanacaq”.

"Mən keçən dəfə Marneulidə olanda tapşırıqlar verdim ki, mövcud problemlər tezliklə həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapıb. Əlbəttə ki, 2004-cü ildə Azərbaycanın imkanları bu günkü kimi deyildi, bizim o qədər də maliyyə imkanlarımız yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada yaşayan azərbaycanlılar da Azərbaycanın inkişafından bəhrələnsinlər” – deyə İlham Əliyev bildirib.

Gələcəkdə daha böyük işlərin görülməli olduğunu deyən dövlət başçısı qeyd edib ki, ilk növbədə infrastruktur layihələri həyata keçirilməlidir.

"Əhalinin qaz və içməli su təminatı təmin edilməlidir, kənd yolları abadlaşdırılmalıdır. Bildiyiniz kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nəinki azərbaycanlıların yaşadığı bölgələrdə, ümumiyyətlə Gürcüstanın müxtəlif yerlərində son illərdə böyük qazlaşdırma proqramı icra edir və böyük vəsait qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə yüksək sürətlə aparılsın. Keçən dəfə mən burada olanda, SOCAR-ın burada bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yox idi. Bu gün isə mənə verilən məlumata görə, 100-dən çox yanacaqdoldurma məntəqəsi var. SOCAR Gürcüstanın Qara dəniz limanında böyük terminal əldə edib və buraya böyük investisiya yatırıb. Enerji layihələri, elektrik xətlərin birləşməsi, Cənub Qaz Dəhlizinin inkişafı və bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq".

Prezident İ. Əliyev təhsillə bağlı məsələlərin xüsusi əhəmiyyət daşıdığını da bildirib: "Mən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi qalmasın. Düzdür, Azərbaycanda da hələ təmirsiz və qəzalı vəziyyətdə olan məktəblər var. Son 10 ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib və təmir edilib. Nəzərə alsaq ki, Azərbaycanda 5 minə yaxın məktəblər var, görərsiniz ki, nə qədər böyük işlər görülüb. Amma bizdə də, sizdə də bu problemlər var və biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, SOCAR bu problemlərin həllində əsas investor rolunda çıxış edəcək. Ümumiyyətlə, bu şirkətin həm Azərbaycanda, həm də işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti var. SOCAR bu ölkələrdə məktəb, uşaq bağçası, infrastruktur layihələrin icrası ilə məşğuldur. Gürcüstanda ilk növbədə bu işlər görülməlidir, çünki burada azərbaycanlılar yaşayır. Gürcüstanda yaşayan azərbaycanlılar haqqında daim düşünürəm, onlar mənim üçün əziz və doğmadır. Ən böyük arzum odur ki, onlar bu torpaqda daim rahat və firavan yaşasınlar".

Dövlət başçısı yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu işlər Gürcüstan dövlətinin iştirakı ilə görülməlidir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18.06.2026 / 10:49
Bakıda Neft Emalı Zavodunda yanğın...

18.06.2026 / 10:42
Bu il doğulan körpə sayı azalıb

18.06.2026 / 10:36
"Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik" - Prezident

18.06.2026 / 10:34
Prezident İlham Əliyev: "Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq"

18.06.2026 / 10:12
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik" - Prezident

18.06.2026 / 10:03
Prezident İlham Əliyev: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

18.06.2026 / 09:51
"Biz infrastruktura çox böyük sərmayələr yatırırıq" - Prezident İlham Əliyev

18.06.2026 / 09:45
Prezident: "Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir"

18.06.2026 / 09:41
"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib" - Prezident İlham Əliyev

18.06.2026 / 09:37
Prezident: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir"

18.06.2026 / 09:32
"Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - Prezident

18.06.2026 / 09:25
Prezident İlham Əliyev: "Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır"

18.06.2026 / 09:20
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident

18.06.2026 / 09:04
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

18.06.2026 / 05:58
Deputatın qatili Putinin dostu çıxdı

18.06.2026 / 05:25
İran-ABŞ Anlaşma Memorandumu Vaşinqtonun məğlubiyyət sənədidir - Qalibaf

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ