Ötən gecə Sabunçu rayon Polis İdarəsi qarşısında dindarların aksiyası zamanı iki polis xəsarət alıb. Bunu Trend-ə açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.
Onun sözlərinə görə, hər iki polis idarənin qarşısında yaranmış qarışıqlıq zamanı xəsarət alıb: "Polislərin xəsarət almasını Sabunçu rayon Polis İdarəsində saxlanılan dindarlarla görüşüm zamanı öyrəndim. İdarənin qarşısında keçirilən aksiyada daşlardan istifadə zamanı polislər xəsarət alıb”.