Noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevi vurub. Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı açıqlamasında bildirildiyınə görə, Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada dünyasını dəyişib.
Hadisə yerinə baxış zamanı oradan "Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb. Qatilin tutularaq istintaqa təhvil verilməsi istiqamətində Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Baki-xeber.com