Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Parisə rəsmi səfəri çərçivəsində kosmos üzrə əməkdaşlıq və Fransanın "Expo-2017”-də iştirakı ilə bağlı razılaşma sənədi imzalanıb.Baki-xeber.com bu barədə Anadolu Agentliyindən məlumat əldə edib.
Məlumatda bildirilir ki, Qazaxıstan başçısı və Fransa prezidenti Astanada baş tutacaq "Expo-2017” beynəlxalq sərgisində Fransanın iştirakı ilə bağlı birgə deklarasiya qəbul ediblər. Xəbərdə o da bildirilir ki, ölkələr, həmçinin, kosmik tədqiqatların aparılması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə də deklarasiya qəbul edib.
Nursultan Nazarbayev Fransanı Qazaxıstanın əsas partnyorlarından biri adlandırıb.