Məşhur fransız nəşri Charlie Hebdo öz səhifələrində Rusiya təyyarəsinin Sinay yarımadası üzərində partlamasına həsr olunmuş iki karikatura yerləşdirib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir.
Birinci karikaturada İŞİD-çinin başını tutduğu, təyyarənin dağılmış hissələrinin onun başına uçduğu təsvir olunur. Karikaturanın altında isə yazılıb:”Rusiya aviasiyası bombardmanı gücləndirir”.
İkinci karikaturada isə gün eynəyi taxmış insan kəlləsi təsvir olunur, arxasında isə dağılmış təyyarənin görüntüləri yer alır. Bu karıkaturanın altında isə "Rusiya loukosterinin təhlükələri” sözləri yer alıb. Eyni zamanda bu karikaturada kəllə "deyir” ki, "gərək "Air Cocaine" ilə uçardım”. Bu sözlərlə jurnal fransız təyyarəsində 600 kiloqram kokainin aşkarlanmasına və bununla bağlı yaşanan qalmaqala işarə edir.