Amerika və Britniya kəşfiyyatı sputnikdən izlənmə ilə müşayiət olunan birgə əməliyyat sayəsində "İslam dövləti” terrorçu qruplaşmasının Rusiya sərnişin təyyarəsinə bomba qoyulması ilə bağlı olduğu ehtimal edilən yazışmasını əldə edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Times” qəzeti yazıb.
Nəşrin xəbərinə görə, xüsusi xidmət orqanları İŞİD-in Suriyadakı və Misirin Sinay yarımadasındaki üzvləri arasında elektron yazışmanı deşifrə edib. Yazışmalardan aydın olur ki, partlayıcı qurğu öncədən təyyarənin yük yerinə yerləşdirilib. Lakin onun təyyarəyə necə keçirildiyi müəmma olaraq qalır.
Nəşr onu da bildirir ki, bundan sonra Şarm-əl-Şeyxi tərk edəcək sərnişinlərin təyyarəyə yük keçirməsinə icazə verilməyəcək. Belə ki, yüklərin xüsusi reyslə və yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülməklə çatdırılması barədə qərar qəbul edilib.