"İslam dövləti” terrorçu təşkilatı ilə daha səmərəli mübarizə məqsədilə Bağdadda informmərkəzin yaradılması ilə bağlı iclasa ABŞ hərbçiləri də dəvət olunub. Bu barədə RİA "Novosti” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən bildirir.
"Sirr deyil ki, Bağdaddakı mərkəzə Amerika mütəxəssisləri və hərbçiləri də dəvət olunub. Təəssüf ki, onlar ilk tədbirdə və ilk iclasda iştirak etməyib”- deyə Peskov bildirib. Mətbuat katibi onu da bildirib ki, Putin informmərkəzin gücləndirilmısi üçün ora yeni üzvlərin qoşulacağına ümid edir.
Qeyd edək ki, informmərkəzin oktyabr-noyabr aylarında tam fəaliyyətə keçəcəyi bildirilir.