Çeçenistan prezidenti Ramzan Kadırov açıq-saçıq toy paltarlarına qadağa qoymağa çağırıb. Bu barədə baki-xeber.com TASS agentliyinə istinadən xəbər verir.
"Son zamanlar gəlinlər arasında qərbsayağı həddən artıq açıq paltarlar geyinmə hallaı çoxalıb. Bu doğru deyil və çeçen mədəniyyətinə yaddır. Xalqın mədəniyyətini və adət-ənənələrini qorumaq üçün hər şey etmək lazımdır”.- deyə Kadırov bildirib.
O, Gəlinlik mağazalarını müştərilərinə milli stildə gəlinliklər təklif etməyə çağırıb.
"Gənc nəsil yad ideologiyalara meyl edərsə, milli kimliyi təhlükə altına düşər”- deyən Çeçenistan prezidenti daha əvvəl avropa dəyərlərini tənqid edərək, Rusiya vətəndaşlarını onlardan nümunə götürməməyə çağırıb.