Koreya hökuməti başçısının ölkəmizə ötənilki səfərinə toxunan Çoi Suk İn bildirib ki, Azərbaycanın Koreya ilə sıx əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olması Baş nazir Çanq Honqvonda böyük təəssürat yaradıb. Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirib. Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.
•
Ilham Əliyev səlahiyyətləri bitmiş səfiri qəbul etdi
Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə baki-xeber.com Prezidentin rəsmi saytına istinadən bildirir. Görüşdə İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun ölkəmizə səfərini və onunla keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı səfir Çoi Suk İnin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Koreya arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı səfirin Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.