Bağdadda İraq, Suriya, İran və Rusiya arasında kəşfiyyat informasiyalarının mübadiləsi məqsədilə yaradılan informasiya mərkəzinin oktyabr-noyabr aylarında fəaliyyətə başlaması planlaşdırılır. Bu barədə RİA "Novosti” öz mənbələrinə istinadən xəbər verir.
"İnformasiya mübadiləsi, sözsüz ki, 4 ölkənin öz mənbələri vasitəsilə əldə etdiyi özəl informasiyaların öz aralarında açıqlanması deməkdir. Bu həm də regionda "islam dövləti” terrorçu təşkilatının nüfuzunun genişlənmə risqi qarşısında böyük cavabdehlik və məsuliyyət mühiti deməkdir. Oktyabr-noyabr aylarında biz bu mühiti yaradacağıq”- deyə mənbə bildirib. Xəbərdə o da bildirilir ki, informmərkəzə təsisçi ölkələrin hərbçiləri həölkə 3 ay olmaqla rotasiya qaydasında sədrlik edəcək.
Baki-xeber.com