Almaniyanın Hessen federal rayonunun Kassel şəhərindəki miqrant düşərgəsində insident baş verib. "Spiegel Online”ın məlumatına görə, iki miqrant arasında mübahisə böyüyərək qarşıdurmalara gətirib. Toqquşmalar müxtəlif millətlərdən olan 300-ə yaxın qaçqın arasında baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İğtişaşlarda 3-ü polis olmaqla 14 nəfər yaralanıb.
Almaniya prezidenti Yoaxim Qauk bəyan edib ki, ölkəsinin miqrantları qəbul etmə imkanları sonsuz deyil. Onun sözlərinə görə Almaniya dilemma qarşısındadır.
Baki-xeber.com