Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Suriya probleminin həllində irəliyə doğru sıçrayış gözləmir. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir.
"Biz sıçrayış gözləmirik, lakin vəziyyət də pisləşməməlidir”- deyə "Altılıq” ölkələri və İran xarici işlər nazirlərinin görüşündən sonra o bildirib. Lavrov onu da deyib ki, Birləşmiş Ştatların dövlət katibi ilə görüş "çox gözəl” keçib.
Daha öncə Moqerini İranın nüvə proqramı ilə bağlı razılıqdan sonra "Altılığ”ın regional böhranların nizamlanması ilə məşğul ola biləcəyini deyib.