BMT Baş Assambleyası çərçəvəsində "Altılıq” ölkələrinin və İranın xarici siyasət idarəsi başçıları arasında danışıqlar gedir. Baki-xeber.com "İnterfaks”а istinadla bildirir ki, Rusiya, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya, ÇXR və İran bu ilin iyul ayında barəsində razılıq əldə olunmuş İranın nüvə proqramını müzakirə edir. Görüşün əvvəlində nazirlər şərh verməkdən yayınıb.