Moskvanın Kursk vağzalında 500-ə yaxın şəxs ərazidə bomba olması barədə xəbərin ardından evakuasiya olunub. Bu barədə baki-xeber.com kommersant.ru saytına istinadən bildirir. "Ərazidə bomba olması barədə anonim zəngdən dərhal sonra 500-ə yaxın şəxs evakuasiya olundu. Hazırda təhlükəsizlik tədbirləri davam edir, ərazini kinoloqlar yoxlayır”- deyə hüquq-mühafizə orqanlarından bildiriblər.