Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyinin ölkənin daxili işlər naziri Mənsur ət-Türkinin mətbuat xidmətinə istinadən xəbərinə görə, 5 nəfərdən ibarət terrorçu qrupun neytrallaşdırılması zamanı onlardan 2 nəfəri məhv edilib, 3 nəfəri isə həbs olunub. Ət-Türki əlavə edib ki, 2 həftə öncə də Ər-Riyadda 2 terrorist göz altına alınıb. Məhz onların silahdaşlarının izlənməsi nəticəsində Ər-Riyad və Dammamda polis əməliyyat keçirib.
Səudiyyə ərəbistanı xarici işlər nazirliyi 16 sentyabrda Əz-Zəhrani qardaşlarının həbsi barədə məlumat yayıb. Qardaşlar terroristlərlə əlaqədə şübhəli bilinir.