İsrail dövləti yəhudi bayramları ilə əlaqədar İordan çayının Qərb sahilində Əl-Xəlil şəhərindəki məscidi müsəlmanların üzünə bağlayıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə Fələstinin Vəqflər nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, İsrail dövlətinin planlarına uyğun olaraq, 29-30 sentyabr tarixlərinə kimi məscid müsəlmanlar üçün bağlı, yəhudilər üçün açıq olacaq. "Bu, müsəlman ümmətinə və islama qarşı açiq-aşkar provokasiyadır”- deyə açıqlamada bildirilir. Nazirlik həmçinin, yəhudilərin müqəddəs məkanına çevrilməsinə cəhd göstərilən "İbrahim” məscidinə qarşı təxribatlara son qoymağa çağırır.
Qeyd edək ki, "İbrahim məscidi "Məscid əl-Həram”, "Məscid əl-Nəbavi” və "Məscid əl-Əksa”dan sonra dünyanın ən qədim dördüncü məscididir. Bu məsciddə eyni vaxtda 12 min insanın ibadət etməsi mümkündür. Məscidi 1500 İsrail hərbçisi qoruyur.