İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov Bakı şəhər sakini S.H-nın (qadın) barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək xeyli miqdarda pulunu mənimsəyib. Bu barədə baki-xeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib. Məlumatda qeyd olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Təmrazov qadından 1200 ABŞ dolları alarkən tutulub.
Faktla bağlı cinayət işi açılıb.