İraq Baş naziri Nuri Əl-Maliki bəyan edib ki, Bağdad, Rusiya da daxil olmaqla, digər ölkələrlə İŞİD-lə mübarizə mövzusunda kəşfiyyat əməkdaşlığı edir. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. O həmçinin bildirib ki, İraq hökuməti son zamanlar Rusiya tərəfindən "məsələyə artan marağı” alqışlayır.
Baş nazir əlavə edib ki, Bağdad "İslam dövləti” ilə mübarizədə ABŞ-ın başçılıq etdiyi koalisiya ilə aktiv əməkdaşlığı davam etdirəcək.
27 sentyabr tarixində İraq hökuməti İŞİD-ə qarşı mübarizədə Suriya və Rusiya ilə əməkdaşlığını bəyan edib və ölkə XİN-i bunu təsdiqləyib.