Prezident İlham Əliyev Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycanla Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirərək, Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının səmərəli olacağına və gələcək əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu qeyd edib.
Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğulayıb. Qonaq bildirib ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığı inkişaf etdirmək və ölkələrimizin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.