Prezident İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib. Baki-xeber/com-un Prezidentin rəsmi saytından əldə etdiyi xəbərə görə, Baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini, sosial-iqtisadi sahədə yaxşı nəticələr qazanıldığını məmnunluqla qeyd edib. Dövlət başçısı Türkmənistan Baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.