"Məkkəyə ziyarətə göndərilməzdən əvvəl maarifləndirmə işləri aparılmalıdır”. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu sözləri Məkkədə keçirilən ümumdünya zəvvarlıq təşkilatları rəhbərlərinin sammitində Türkiyə Dini işlər üzrə idarənin rəhbəri Mehmet Görməz deyib. Tədbirdə 40 ölkədən nümayəndələr iştirak edir. "İslam ümməti ən ağır dönəmlərdə də Həcc ziyarətinə ümidini itirmir. Təəssüf ki, builki ziyarət dönəmində matəm yaşadıq. Hər şeydən əvvəl mən həlak olanların ailəsinə və yaxınlarına baş sağlığı verirəm. Səbəbindən asılı olmayaraq, 700-dən çox insanın ölümüheç bir şərhə sığmır. Mən heç kimi günahlandırmaq istəmirəm. Üzümü müsəlmanlara tutub demək istəyirəm ki, biz insan həyatını qiymətləndirməliyik. Məkkəyə yola salmadan öncə hər bir təşkilat rəhbəri zəvvarlar arasında maarifləndirmə işi aparmalıdır. Bununla həm də buradakı təşkilatçıların işinə yardım etmiş olarıq”- deyə Mehmet Görməz bildirib.
Tədbirdə Somali, Sudan və İordaniya nazirləri, həmçinin Rusiya, Sloveniya və Fələstindən nümayəndələr iştirak edib.