Dağıstanın cənubunda 5 rayonda antiterror əməliyyatı rejimi tətbiq olunub. Bu barədə baki-xeber.com "İnterfaks”a istinadən xəbər verir. Dağıstan hüquq-mühafizə orqanlarından bildiriblər ki, xüsusı antiterror rejimi Kurax, Məhərrəmkənd, Süleyman-Stal, Xiv və Tabasaran rayonlarında qüvvədə olacaq. "Terrorçu qruplaşmanın cənub təxribat qrupu və onların himayədarlarının tapılaraq neytrallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir” – deyə operativ qərargahdan bildiriblər.
Daha öncə Süleyman-Stal rayonunda meşədə 5 nəfər yerli sakin öldürülmüş və fakt üzrə cinayət işi açılmışdı.