Sentyabrın 28-dən oktyabrın 2-dək Silahlı Qüvvələrimizin nümayəndələri Almaniya Federativ Respublikasının Oberammerqau şəhərində enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursunda iştirak edəcək. Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, sentyabrın 29-dan noyabrın 13-dək Qarmiş-Partenkirxen şəhərində (AFR) Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kurs, 30-dan oktyabrın 1-dək isə Finlandiyanın Helsinki şəhərində əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransı keçiriləcək.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri həmin tədbirlərdə dəiştirak edəcək.