"Cənub-Cənub” mükafatı BMT-nin Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün "Cənub-Cənub” İdarəedici Komitəsi, Beynəlxalq Telelkommunikasiya İttifaqı, "Cənub-Cənub” Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Trend”-ə verilən məlumata görə, sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir. Qeyd olunmalıdır ki, Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin sisi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cənub-Cənub” mükafatı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunmuş mükafatı onun adından Elmar Məmmədyarov qəbul edib.