İran prezidenti Həsən Ruhani deyib ki, dünyanın aparıcı dövlətləri Suriya prezidenti Bəşər Əsədin İŞİD-ə qarşı mübarizənin getdiyi müddətdə postunda qalmasına tərəfdardır. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə o, CNN-ə müsahibəsində bildirib.
"Fikrimcə, bu gün hər kəs bu fikirlə razılaşır ki, prezident Əsəd terroristlərə müqavimət göstərməyimiz üçün hakimiyyətdə qalmalıdır”, - deyə o bildirib. Ruhani onu da əlavə edib ki, "İslam dövləti”nə qarşı mübarizədə uğur əldə edildikdən sonra "müxalifəti eşitmək də daxil, digər planlara keçə bilərik”.