Əsəd rejiminin müxalifətin nəzarətində olan Cəbəl Əkrad və lazkiyə vilayətinin Bayırbucaq türkmən rayonuna Qurban bayramı ərəfəsində başladığı hücumlar davam edir. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. Agentliyin müxbirinin yerli mənbələrdən aldığı xəbərə görə, müqəddəs bayram günləri olmasına baxmayaraq, bir çox regionlarda hökumət qüvvələrinin hücumları davam edib. Suriya HHQ Cəbəl Əkrad vəBayırbucaq rayonlarına "çəlləkli” və vakuum bombaları atıb. Nəticədə 1 nəfər həlak olub, azı 10 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı səhra hospitaliarına çatdırılıb. Bundan əlavə, Hatay vilayət xəstəxanasına ağır vəziyyətdə 11 yaşlı uşaq və qadın gətirilib. Şahidlər bombardman səsinin Türkiyənin Hatay sərhəd vilayətində aydın eşisdildiyini deyib.