Əfqanıstan silahlı qüvvələri keçirdiyi genişmiqyaslı antiterror əməliyyatı zamanı azı 67 "Taliban” üzvünün məhv edildiyini bildirib. Bu barədə Sinxua agentliyi ölkənin müdafiə nazirliyindəki mənbələrinə əsasən xəbər yayıb. Müdafiə nazirliyinin bəyanatıda deyilir ki, atışmanın gedişində 34 silahlı yaralanıb, 13 nəfər isə əsir götürülüb. Güc strukturundan onu da bildiriblər ki, taliblərin silah anbarını da aşkarlayaraq bir neçə fuqası məhv ediblər.
Qeyd edək ki. silahlılara qarşı sözügedən əməliyyat sentyabrın 10-dan başlayaraq əfqanıstaın əyalətlərində aparılır. Sentyabrın ortalarında Müdafiə nazirliyi 100-ə yaxın silahlının məhv edildiyini açıqlamışdı.
Ölkədə "Taliban” hərəkatına qarşı illərdir hökumət qüvvələri mübarizə aparır. Bu məqsədlə keçiriləm xüsusi əməliyyatlarda tez-tez dinc sakinlərin də həyatını itirdiyi bildirilir.