ABŞ hökuməti Florida ştatında 20 yaşlı qızı dəniz tısbağasının belində üzməkdə şübhəli qismində həbs edib. Bu barədə baki-xeber.com Röyters Agentliyinə istinadən bildirir. İttiham təsdiqini taparsa, Stefani Muru müvafiq cinayət maddəsi üzrə həbs gözləyir.
Qeyd edək ki, Mur iyulun əvvəlində facebookda fotosu yer almış dəniz tısbağasının belində üzən iki qizdan biridir. "Bu foto sosial şəbəkədə yayıldıqdan sonra florida ştatının balıqları və vəhşi təbiəti qoruma komissiyasına bir neçə şikayət daxil oldu ki, onun əsasında da biz cinayət təqibinə başladıq” – deyə polisin olayla bağlı açıqlamasında bildirilir.
İkinci qadının da kimliyi bəlli olsa da, hələlik o həbs olunmayıb. Komissiyanın saytında bildirilir ki, dəniz tısbağaları yer üzünün ən qədim canlılarıdır və praktiki olaraq 110 milyon ildə heç bir dəyişikliyə məruz qalmayıb.