Dünən bir qrup aktivist Davamlı İnkişaf sammiti öncəsi BMT-nin Nyu Yorkdakı mənzil-qərargahı ətrafında aksiya keçirib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadla xəbər verir. Xəbərə görə, şəhərdə asayiş keşikçiləri gücləndirilmiş iş rejiminə keçib.
BMT binası yanındakı parkda insanlar ən müxtəlif səbəblərdən toplaşıb. Bir qrup Çinin Vyetnamın daxili işlərinə qarışmasına etiraz edir. Digəri Hindistanın baş naziri Narendra Modinin əleyhinə şüarlar səsləndirir: onlar hindistan hökumətinin Qudcarat ştatındakı hərəkətinə etiraz edir. Daha bir qrup aktivist Kəşmirin azadlığı yönündə çağırışlar edir. Belə ki, Hindistanla Pakistan arasında problem 10 illərdir davam edir və 1984-cü ildən problemin həllinə çalışan BMT hələlik bir nəticə əldə etməyib.
Daha bir kütlə isə İran prezidenti Həsən Ruhaniyə qarşı aksiya keçirir. Onlar əllərində İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə "altılıq” ölkələri arasında əldə olunan razılaşmaya etiraz transparantları tutub. Etirazçıların nümayəndəsi bildirib ki, əsas aksiyanı 28 sentyabra – Həsən Ruhaninin BMT Baş Assambleyasında çıxışı ilə eyni vaxta təyin ediblər.