BMT Mina vadisində yüzlərlə zəvvarın ölümünə səbəb olmuş faciəvi insidentin operativ araşdırılması üçün Səudiyyə Ərəbistanına təsir etməlidir. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, belə bir tələblə İran prezidenti Həsən Ruhani çıxış edib.
"BMT Səudiyyə Ərəbistanına təzyiq etməlidir ki, Məkkə yaxınlığındakı Mina vadisində Həcc ritualı zamanı çoxsaylı insan ölümlərinə səbəb olmuş faciənin araşdırılması işində digər müsəlman ölkələri, o cümlədən İranla əməkdaşlıq etsin”- deyə o bildirib.
Daha öncə xəbər verildiyi kimi, Məkkədə izdihamın basırıq salması üzündən 769 nəfər həlak olub, 800-dən artıq zəvvar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.