Sentyabrn 25-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Baki-xeber.com-un Sabunçu RPİ-dən aldığı xəbərə görə, naməlum sürücünün idarə etdiyi "VAZ-2101” və qəsəbə sakini Elman Nəbiyevin idarə etdiyi "VAZ-2121” markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2101” markalı avtomobilin sərnişini, Maştağa qəsəbə sakini Faiq Sadıxov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Sabunçu RPİ-də əməliyyat-axtarış tədbirləri aparılır.