Almaniya kansleri Angela Merkel facebook social şəbəkəsinin yaradıcısı Mark Tsukerberqə şəbəkədə rasist şərhlərin artması ilə bağlı etirazını bildirib. Bu barədə baki-xeber.com gazeta-ru saytına istinadən xəbər verir.
BMT Baş Assambleyasındakı görüşlər zamanı xanım Merkel bildirib ki, facebook Berlinin bu cür hallarla mübarizədə istəklərini nəzərə almır. Öz növbəsində Tsukerberq qeyd edib ki, kompaniya bu istiqamətdə işləyəcək.
Daha öncə verilən xəbərə görə, Mark Tsukerberq özünün BMT-nin mənzil-qərargahındakı çıxışında bəyan edib ki, inkişaf etməkdə olan ölkələrdə internetə çıxışın genişlənməsi 160 min insanın yoxsulluq həddindən çıxmasına gətirəcək.