ABŞ başda olmaqla beynəlxalq koalisiya "İslam dövlətiВ terrorçu təşkilatının Suriya və iraqdakı mövqelərinə 25 hava zərbəsi endirib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən bildirir. Zərbələrin 24-ü terroristlərin İraqın 10 şəhərində olan mövqelərinə, o cümlədən Mosul və Ramadi yaxınlığına endirilib. Bir HHQ zərbəsi ilə isə terrorçuların Suriyada nəqliyyat vasitəsi məhv edilib.