Üsyançı husi qruplaşmasının şiə hərəkatı olan "Ənsar-Allah” şənbə günü bəyan edib ki, Səudiyyə Ərəbistanı HHQ-nin Apache hərbi helikopterini vurub və nəticədə 13 nəfər hərbçi həlak olub. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. "Helikopter Yəmən sərhədindəki Cizan inzibati ərazisində vurulub, nətəcədə 13 səudiyyə hərbçisi öldürülüb” – deyə husilərin rəsmi nümayəndəsi Məhəmməd Abdas-Salam özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, səudiyyəlilərin hava gəmisi husilərin mövqeləri üzərindən uçmağa cəhd edərkən atəşə tutulub.
Səudiyyə tərəfi hələlik insidenti şərh etməyib.