Bi-bi-si-nin xəbərinə görə, Londonun cənubunda yerləşən Böyük Britaniyanın ən böyük məscidində yanğın başlayıb. Hadisə yerinə 70-dən artıq yanğınsöndürən cəlb olunub. London yanğınsöndürmə mərkəzindən bildiriblər ki, zirzəmi hissənin 50 faizini və birinci mərtəbənin bir hissəsini alov bürüyüb. Tüstüdən boğulan bir nəfər xəstəxanaya çatdırılıb.
Yanğınsöndürmə xidmətindən onu da deyiblər ki, arxitekturanın maksimum ziyan görməməsinə çalışırlar. Eyni zamanda, yangının genişlənməməsi üçün kompleksin damından fasiləsiz su axıdılır.
Qeyd edək ki, Londonun Beytül-Fəttah məscidi Qərbi Avropanın ən böyük məscidi sayılır. 2003-cü ildə inşa olunan bu məsciddə eyni zamanda 10 min insanın ibadət etməsi mümkündür.
Baki-xeber.com