"Rusiya Federasiyası, Suriya ərəb respublikası, İraq və İran İslam Respublikası Bağdadda bu ölkələrin baş qərargahlarının yerləşəcəyi birgə informasiya mərkəzinin yaradılması ilə bağlı qərar verib. Bu barədə RİA "Novosti”yə özünə yaxın mənbə bildirib. Mənbənin sözlərinə görə, İnformmərkəz əməkdaşlarının fəaliyyəti "İslam dövləti” terrorçu təşkilatına qarşı mübarizə kontekstində regiondakı durum barədə informasiyaları toplamaq, analiz etmək və operativ şəkildə həmin ölkələrin baş qərargahlarına çatdırmaqdan ibarət olacaq. Mərkəzə 4 ölkənin hər birinin zabitləri 3 ay başçılıq edəcək və vaxt bitdikdə yerini rotasiya qaydasında digər dövlətin zabitlərinə verəcək.
Daha öncə isə Rusiya prezidenti Dmitri Peskov bəyan etmişdi ki, Rusiya, Suriya və İran hərbçilərinin Bağdadda şiələrlə əməkdaşlıq qurmaqla İŞİD-ə qarşı mübarizə məqsədilə koordinasiya mərkəzi yaratması barədə deyilənlər həqiqətə uyğun deyil.