Nyu Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard nalbandyan arasında görüş keçirilib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Xəbərdə qeyd olunur ki, tərəflər arasında danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub.
Danışıqların detalları açıqlanmır.