Ağdamda oğurluqla məşğul olan qadınlardan ibarət dəstə saxlanıb. Baki-xeber.com "Report"a istinadən xəbər verir ki, Ağdam sakini Fərhad İsmayılov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan kişi geyimlərinin oğurlandığını bildirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 50 yaşlı Sona Nadirova, 48 yaşlı Qumru Nadirova, 40 yaşlı Gülnaz Seyidova və 50 yaşlı İsmayıl Nadirov şübhəli şəxs qismində saxlanıb.
İsmayıl Nadirovun avtomobilinə baxış keçirən zaman avtomobildən oğurluq paltarlar aşkar edilib. İlkin dindirilmədə saxlanan şəxslər əməllərini etiraf edib. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda qadınların başqa dükanlardan da oğurluq etdiyi məlum olub. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.