Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Obama ilə Putinin BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində gözlənilən görüşünü çərh edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. "Dəfələrlə görüş barədə edilən xahişlərə dayanaraq deyə bilərik ki, Rusiya tərəi Obama ilə danışıqların aparılmasında maraqlıdır. Hərtərəfli qiymətləndirmədən sonra Amerika lideri bu mərhələdə Putinlə üz-üzə görüşməyin faydalı olduğuna qərar verdi” - deyə Ernest Vaşinqtonda mətbuat konfransında bildirib. Ağ Evin mətbuat katibi onu da əlavə edib ki, görüş Putinin tələbi əsasında gerçəkləşəcək.
"Görüşün gündəliyində Obama üçün əsas punktu Ukrayna məsələsi təşkil edəcək. Amerika prezidenti Rusiyanın Minsk razılaması ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğuna diqqət çəkəcək” – deyə Ağ Evin rəsmi nümayəndəsi bildirib. "Bununla yanaşı, Obama bir daha Putin tərəfindən Əsəd rejiminə dəstək verilməsinin onun üçün "yanlış investisiya” olduğunu vurğulayacaq” – deyə o əlavə edib.
Ağ Evin sözçüsü onu da deyib ki, Obama Putini "Daesh” terrorçu qruplaşmasına qarşı mümkün konstruktiv mübarizəyə həvəsləndirmək üçün təşviq etməyi düşünür. Onun sözlərini görə, bu görüş konstruktiv nələrinsə əldə olunmasına potensial vəd edir.
Həmin ərəfədə ABŞ dövlət katibi Con Kerri isə BMT Baş Assambleyasında rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.