Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları Qahirədəki İtaliya konsulluğunda terror aktı törədən 9 nəfərlik dəstəni məhv edib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Polislər öz agentləri vasitəsilə terrorçu qrupun bir araya gələcəyi yeri və vaxtı dəqiqləşdiriblər. Görüşdə terroristlər müsəlmanların Qurban bayramı olan "İd-əl-Ədha” bayramı ərəfəsində yeni hücumlarını müzakirə rtməyi panlaşdırırdılar. Polisin könüllü təslim olma təklifinə qrup üzvləri atəş açmaqla cavab verib. Bundan sonra ikitərəfli atışma başlayıb və polis bir neçə saat sürən atışma nəticəsində qrupun bütün üzvlərini məhv edə bilib.
Daha öncə bildirilirdi ki, "İslam dövləti” terrorçu təşkilatı Qahirədəki İtaliya konsulluğunda törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.