Rusiya Suriyaya çox mükəmməl yüksək dəqiqliklə silahlar, təyyarə və helikopterlər verib. Bu sözləri Əl-Mənar telekanalına müsahibəsində şiə "Hizbullah” təşkilatının lideri, prezident Bəşər Əsəd tərəfində döyüşən Həsən Nəsrullah deyib. Nəsrullah həmçinin bildirib ki, Moskvanın Dəməşqə hərbi yardımını alqışlayır. Nəsrullah çıxışında onu da deməyi unutmayıb ki, Rusiya ABŞ-ın "İslam dövləti”nə qarşı uğursuz mübarizəsindən sonra Suriya konfliktinə qarışmağı qərara alıb.
Sentyabrın 22-də Pentaqon, amerikanların sözlərinə görə, Suriyadakı Rusiya təyyarələrinin sayını göstərən sputnikdən çəkilmiş şəkillər yayıb. Şəkillərdə təyyarələrin Latakiya aerodromunda sıra ilə düzüldüyü görülür. Amerika hərbçiləri onların SU-30SM qırıcıları və Su-25 bombardmançıları olduğunu təsbit edib. Pentaqonun bildirdiyinə görə, Rusiya son günlərdə buradakı 4 Су-30СМ qırıcısına daha 24-nü əlavə edib. Bundan əlavə, 12 Sy-25, bir o qədər də Sy-24 qırıcıları ilə yanaşı, Suriyada hazırda 15 ədəd Mi-17 və Mi-24 helikopteri var.
Vaşinqton onu da bildirir ki, Latakiyada hər gün An-124 yük təyyarələri boşaldılır. Sputnik fotoları aerodromda 36 zirehli maşın, 9 tank və 2 PVO sistemi olduğunu aşkara çəxarıb, Suriya səmasında isə hər gün PUA-ların uçuşunu müşahidə etmək olar.
Baki-xeber.com