Fransa xarici işlər naziri Loran Fabius Suriyadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə rəsmisi Federika Mogerini, Britaniya xarici işlər naziri Filipp Hemmondu və Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayeri qəbul edib. Özünün tvitter səhifəsində Fransa XİN başçısı bu sözləri yazıb:”Biz Parisdə toplaşdıq ki, Nyu Yorkda Baş Assambleya öncəsi Suriyadakı situasiyanı müzakirə edək”.
BMT Baş Assambleyasında Suriya problemini 154 prezident və dövlət başçısının, eyni zamanda Roma Papası Frensiskin müzakirə edəcəyi gözlənir.