Brüsseldə Avropa İttifaqı, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. Bu barədə baki-xeber.com TASS agentliyinə istinadən bildirir. Kuluarlardan agentliyə açıqlama verən mənbə təsdiqləyib ki, "tərəflər Rusiya qazının qiyməti və şərtlərlə bağlı final razılaşmanı bu gün imzalamaq əzmindədir”.
Ukraynanın enerji naziri Vladimir Demçişin daha öncə bəyan edib ki, Rusiyanın təklif edıcıyi son qiymət "ədalətli səviyyəyə daha yaxındır”. Məsələyə daha geniş şərh verməkdən isə o imtina edib.
Öz növbəsində, Rusiyanın enerji naziri Aleksandr Novak bildirib ki, Ukrayna üçün güzəştli qiymət hər min kubmetr qaza 20 dollar təşkil edir.
Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedyev 24 sentyabrda Ukraynaya qazın Aİ ilə eyni qiymətə satılması ilə bağlı fərman imzalayıb. Bu isə min kubmetrə 227,36 dollar təşkil edir. Dördüncü kvartal üçün Ukraynaya kubmetri 252 dollar olmaqla satılan qazın qiymətində güzəşt hər kubmetrə 24,64 dollar təşkil edib. Lakin hazırda müqavilə qiyməti 248 dollara yaxındır. Bu halda güzəşt 20,64 dollar təşkil edəcək.